AZ

Putin Ərdoğana dəstək verməkdən imtina edib?.. - Analitik cavablandırır...

Yazını böyüt
Yazını kiçilt

“Belə bir şayiəni erməni və kürd saytları yaymaqdadırlar. Əslində isə Ərdoğanın hakimiyyətdən getməsində Rusiyanın heç bir marağı ola bilməz, çünki bu, Kremlin  nə siyasi, nə də iqtisadi maraqlarına uyğundur. Əgər Ərdoğan hakimiyyətdən getsə, Qara dənizdən Rusiya yüklərinin Afrika qitəsinə və başqa ölkələrə daşınmasının qarşısı alınacaq. Belə olduğu halda isə Vladimir Putinin özünün vəziyyəti ağırlaşa bilər və Ukraynanın zəbti ilə bağlı bütün planları puça çıxar”.

Bu fikirləri hafta.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli "Bəzi xarici media vasitələri belə məlumat yayırlar ki,  guya Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ölkədəki son siyasi çaxnaşmalarla bağlı dəstək verməkdən imtina edib. Sizcə, bu, doğru ola bilərmi” sualını cavablandırarkən ifadə edib.

“Bəs İran rəhbərliyi necə, lazım olsa, Ərdoğana dəstək verə bilərmi” sualına isə analitik belə cavab verib:

“İran da Ərdoğanın hakimiyyətdən getməsində maraqlı ola bilməz. Çünki Suriya torpağında növbəti “Kürdüstan” yaradılması İran kürdlərinin də separatçılığa meyllərini artıra bilər. Aydındır ki, belə olduğu halda, Qərb İrana qarşı hər üsula əl atacaq...”

Seçilən
234
hafta.az

1Mənbələr