AZ

ÜST Avropada uşaqlar arasında vərəmə yoluxma hallarının artdığını qeyd edib

Bakı. Trend:

2023-cü ildə Avropada 15 yaşa qədər uşaqlar arasında vərəməyoluxma halları 10 faiz artıb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) xəbər verib.

Məlumata əsasən, Avropa və Mərkəzi Asiyanın 53 ölkəsini əhatəedən ÜST-nin Avropa regionunda 2023-cü ildə 15 yaşa qədər uşaqlararasında 7500-dən çox vərəmə yoluxma hadisəsi qeydə alınıb ki, buda 2022-ci illə müqayisədə 650-dən çoxdur.

ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Kluge"Reuters" agentliyinə bildirib ki, uşaqlar arasında vərəmə yoluxmahallarının artması “qarşısı alına bilən və müalicə oluna bilən buxəstəliyə qarşı mübarizədə irəliləyişlərin zəif olaraq qaldığınıxatırladır”.

Seçilən
139
1
az.trend.az

2Mənbələr