
Minskdə prezident seçkilərində qalib gələn Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib.“Ulusum”.az-ın məlumatina görə, o, yeddinci dəfə Belarusda ən yüksək dövlət vəzifəsini tutub.Mərasim Belarus paytaxtının Müstəqillik Sarayında baş tutub. ÜmumBelarus Xalq Məclisi Rəyasət Heyətinin üzvləri, parlamentin aşağı və yuxarı palatalarının deputatları, Konstitusiya və Ali Məhkəmələrin hakimləri, eləcə də digər dəvətlilər, ümumilikdə 1100-dən çox adam iştirak edirdi.Lukaşenko Konstitusiyanın xüsusi redaksiyasında sağ əlini tutaraq and içdi: “Belarus Respublikasının Prezidenti vəzifəsini tutaraq Belarus Respublikasının xalqına sədaqətlə xidmət edəcəyimə, insan və vətəndaşın hüquq və azadlıqlarına hörmətlə yanaşmağa və onları qorumağa, Belarus Respublikasının Konstitusiyasına riayət etməyə və onu qorumağa, üzərimə düşən vəzifəni müqəddəs və şərəfli şəkildə yerinə yetirməyə təntənəli surətdə and içirəm”.Bundan sonra o, andiçmə aktını imzalayıb və Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenko ona prezident şəhadətnaməsini təqdim edib.
Diqqət Çəkənlər
Bayram günlərində paytaxta turist axını var - VİDEO
Tramp Ukrayna ilə nadir torpaq metalları üzrə razılaşma əldə edib
Nura Surinin ailəsində ağır itki