AZ

BYD-dən iddialı qlobal satış hədəfi

Çinin elektrikli avtomobil istehsalçısı BYD, 2025-ci ildə Çin xaricində 800 min ədəddən dən çox avtomobil satmaqla satışlarını ikiqat artırmağı hədəfləyir.

Marja.az xəbər verir ki, BYD-nin sədri Vanq Çuanfu (Wang Chuanfu) çərşənbə axşamı analitiklərə bildirib ki, şirkət öz avtomobillərini ölkə daxilində yığmaqla gömrük rüsumlarının təsirini məhdudlaşdırmağa çalışacaq.

Çuanfu , BYD-nin 2024-cü ildə Çin xaricində 417 min 204 ədəd avtomobil satdığını bildirib. O, şirkətin, Çin mənşəli məhsullar ilə rəqabətə çox açıq olan Böyük Britaniyadakı bazar payının əhəmiyyətli dərəcədə artacağını gözlədiyini söyləyib.

Şirkət fevral ayında artıq Türkiyə və Macarıstanda zavodların yaradılması prosesində olduğunu açıqlamışdı. İki zavodun ildə cəmi 500 min avtomobil istehsal gücünə sahib olması hədəflənir.

Seçilən
148
marja.az

1Mənbələr