“Leypsiq”in və Sloveniya millisinin hücumçusu Benyamin Şeşko karyerasını “Bavariya”da davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Münhen klubu yay transfer dönəmində sloveniyalı hücumçunu heyətinə qatmaq niyyətindədir.
“Leypsiq” Şeşko üçün azı 70 milyon avro tələb edir. Bu məbləği ödəyəcək klub oyunçunun haqqlarına sahib olacaq.
21 yaşlı futbolçu bu mövsüm Bundesliqada 25 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.