AZ

"Sülh müqaviləsi imzalayana qədər müharibə təhlükəsi var" - Rubinyan

Müharibə təhlükəsi Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana qədər qalmağa davam edəcək.

 

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib.

 

"Müharibə təhlükəsi dünən var idi, sabah da olacaq. Lakin müharibə üçün səbəb və əsas yoxdur", - o qeyd edib.

 

Rubinyan vurğulayıb: "Biz sülhə doğru irəliləyirik".

 

"Sülh sazişinin mətni razılaşdırılıb və imzalanmağı gözləyir", - o əlavə edib.

Seçilən
69
50
modern.az

10Mənbələr