Samux rayonunda 3.6 maqnitudada zəlzələ olub. Manset.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 17:09-da 10 kilometr dərinlikdə qeydə alınıb.