AZ

Ederson Mourinyonun komandasına keçə bilər

“Mançester Siti”nin qapıçısı Ederson karyerasını Türkiyədə davam etdirə bilər.

90deqiqe.Az-ın "Tribal Football"a istinadən verdiyi xəbərə görə, braziliyalı qapıçının xidmətində portuqaliyalı Joze Mourinyonun çalışdırdığı “Fənərbağça” klubu maraqlıdır.

Səudiyyə Ərəbistanı çempionatının klubları da 31 yaşlı oyunçunu almaq istəyir.

Ederson 2017-ci ilin yayından "şəhərlilər"də çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin yayında başa çatır. Onun bazar qiyməti 25 milyon avrodur. Premyer Liqanın cari mövsümündə qapıçı 19 oyun keçirib və 23 qol buraxıb.

Seçilən
115
90deqiqe.az

1Mənbələr