Aktivlərinin həcminə və gəlirlərinin məbləğinə görə Azərbaycanın ən böyük sığorta şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2024-cü ilin maliyyə nəticələri üzrə 36 milyon manat dividend elan edib.
Bu barədə Marja.az Şirkətin 31 Dekabr 2024-cü il tarixinə olan hesabatlarına istinadən xəbər verir.
“PAŞA Həyat Sığorta”nın 2024-cü ilin maliyyə nəticələri üzrə elan etdiyi dividend məbləği 2023-cü ilin maliyyə nəticələri üzrə elan edilmiş dividend məbləğindən 5 milyon 243 min manat və ya 17% çoxdur. Şirkət 2023-cü ilin maliyyə nəticələri üzrə 30 milyon 756 min manat dividend elan etmişdi.
“PAŞA Həyat Sığorta” ötən ili 60 milyon 472 min manat xalis mənfəət ilə başa vurub. Həmçinin 31 dekabr 2024-cü il tarixində Şirkətin bölüşdürülməmiş mənfəətinin məbləği 71 milyon 584 min manat olub.