Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Sürət Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Kamran Muxtarovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 14-də keçiriləcək.
Qeyd edək ki, Sürət Süleymanov Bakının Sabunçu rayonunun Muxtarov küçəsində 25 yaşlı Abdullayev Habil Ehtibar oğlunu boyun və qarın nahiyəsindən bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə