AZ

Qazaxıstan məşhur “Oğlanın sözü” serialını qadağan etməyi düşünür

Qazaxıstanda gənclər qrupları ilə bağlı sensasion rus serialı olan “Oğlanın sözü. Asfaltda qan var” serialının nümayişini ölkə ərazisində qadağan etməyi düşünürlər.

Jurnalistlər təhsil naziri Qani Beysembayevə, elm və ali təhsil naziri Sayasat Nurbekə 1970-1980-ci illərdə Tatarıstanın paytaxtı Kazanda yaradılmış və “Kazan fenomeni” adı almış çoxsaylı yeniyetmə dəstələri ilə bağlı çəkilən bir sıra seriallar haqqında serialların qadağan edilməsinin zəruriliyi ilə bağlı sual veriblər.

“Bildiyiniz kimi, indi bu serialla bağlı çoxlu məlumat var. Rusiya Federasiyasının özündə bir neçə bəyanat verilib. Hazırda bu məsələni öyrənirik. Biz vaxtından əvvəl heç bir nəticə çıxarmaq istəmirik. Bizim nazirlik öz ekspertlərindən bir neçəsini cəlb edib və İnformasiya Nazirliyi ilə məsələ öyrənilir. Lazım gələrsə, bəzi qərarlar qəbul edilə bilər. Amma indiyə qədər böyük bir həyəcan görməmişik. Məsələ araşdırılır”, - deyə elm və ali təhsil naziri Sayasat Nurbek bildirib.

Öz növbəsində təhsil naziri Qani Beysembayev deyib ki, nazirlik və şəxsən o, hər cür zorakılığın əleyhinədir, ona görə də belə serialların qadağan olunmasının tərəfdarıdır.

“Bu məsələ ilə bağlı müəyyən araşdırmalar aparılır. Bildiyiniz kimi, hətta istehsalçı ölkə də öz ölkəsində bu məsələni nəzərdən keçirir. Ona görə də ölkəmizdə məktəbdə zorakılıq və ya bu cür işlərə yol verilməməlidir”, - Beysembayev bildirib.

Hər iki nazir etiraf edib ki, onlar seriala baxmayıblar.

“Oğlanın sözü. Asfaltda qan var” serialı yeniyetmələrin və gənclərin bandit dəstələri yaradaraq zorakılıqlar törətməsindən bəhs edir. Hesab olunur ki, belə serialların nümayii yenidən gənclərin o cür dəstələr yaratmasına rəvac verəcək.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
musavat.com

1Mənbələr