AZ

Şöhrətin zirvəsinə ucalan sənətkar

Bu gün Xalq artisti Ağasadıq Gəraybəylinin anım günüdür.

Ağasadıq Ağaəli oğlu Gəraybəyli 15 mart 1897-ci ildə, Şamaxıda bəy ailəsində anadan olub.

Atasını erkən itirib. Şamaxı zəlzələsindən sonra Bakıya köçüb. Əlisəttar adlı bir kişi onun kimsəsiz olduğunu bilib öz himayəsinə götürüb. Orta məktəb illərində Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub.

Yaradıcılıq ömründə 200-dən artıq obraz canlandıran Ağasadıq Gəraybəyli Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamaşalarda oynayıb, şöhrətin zirvəsinə ucalıb.

Aktyor sonuncu dəfə “Xurşidbanu Natəvan” tamaşasında yaşlı knyaz obrazını canlandırıb. Rolunu o qədər mükəmməl oynayıb ki, həmkarlarının çoxu, eləcə də tamaşaçılar hiss etməyiblər ki, 92 yaşlı aktyorun gözləri görmür...

1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. Burada Bülbüllə, xalq yazıçısı Mirzə İbrahimovla, xalq şairi Süleyman Rüstəmlə qonşu olub. 1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.

Mikayıl

Seçilən
129
yeniazerbaycan.com

1Mənbələr