AZ

Aktrisa Şəfiqə Qasımovanın doğum günüdür

Bu gün aktrisa Şəfiqə Qasımovanın doğum günüdür.

Kulis.az xəbər verir ki, Şəfiqə Qasım qızı Qasımova Bakı şəhərində anadan olub.

O, gənc ikən valideynlərini itirib və nənəsinin himayəsində böyüyüb. 14 yaşında Maestro Niyazinin aktyorluq bələdçisi olduğu Musiqili Komediya Teatrında işə başlayıb (1939-1940). Eyni zamanda Azərbaycanda, həm də Rusiyada təhsil alıb.

Aktrisa "Gözün aydın", "Özümüz bilərik", "Səndən mənə yar olmaz", "Qızılaxtaranlar", "Toy kimindir", "Ulduz", "Qayınana", "Nazxanım naz eləyir", "Milyonçunun dilənçi oğlu", "Hicran",və s. kimi tamaşalarda oynayıb. Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Məmmədsadıq Nuriyev, Hacıbaba Bağırov, Səyavuş Aslan, Münəvvər Kələntərli, Əzizağa Qasımov, Mobil Əhmədov, Zemfira Quliyeva, Əlihuseyn Qafarlı, Lütfiyar İmanov, İbrahim Şünasi və s. kimi korifeylərlə uzun illər səhnəni paylaşıb.

1960-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.

Şəfiqə Qasımova iki dəfə ailə həyatı qurub. Xalq artisti Əşrəf Həsənovla uğursusluğla nəticələn evlilikdən sonra, aktrisa görkəmli pəhləvan, 4 dəfə SSRİ çempionu, əməkdar idman ustası Musa Babayev ilə evlənib.

3 aprel 2008-ci ildə vəfat edib.

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla