Paytaxt Banqkokdan Sonqxla şəhərinə gedən avtobus ağaca çırpılıb.
Cebhe.info xəbər verir ki, bu barədə Tailand polisi məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 14 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı bildirilib.
Tayland Yol Qəzaları Məlumat Mərkəzinin məlumatına görə, 2022-ci ildə ölkə daxilində təxminən 15 min insan yol qəzalarında həlak olub.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı, 2021-ci ildə Tailandda yol qəzalarının ölkədə ümumi ölümlərin təxminən üçdə birini təşkil etdiyini açıqlamışdı.