AZ

"İstehlakçılar yerli məsullara üstünlük verməlidirlər" - QURUM RƏSMİSİ DANIŞDI

"Ölkədə istehsal olunan qida məsullarının keyfiyyəti illər keçdikcə dəyişir, birmənalı şəkildə yaxşılaşır. Azad bazar iqtisadiyyatı inkişaf etdikcə, rəqabət gücləndikcə məsulların da keyfiyyəti dəyişir. Lakin bununla belə standartlara uyğun olmayan, istehlakçıların həyatı üçün arzuolunmayan məsullar da mövcuddur. Ən çox xaos ət və ət məsulları bazarındadır. Ölkədə standartlara uyğun, normal ət istehsal edən zavodlar var. Bu zavodlar yerli xammaldan, eləcə də xaricdən gətirilən xammaldan istifadə edərək, ət və ət məsulları istehsal edirlər". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Sədr bildirib ki, əhali Azad İstehlakçılar Birliyinə müraciət edərək, ətin qiymətinin baha olduğu halda, sosiska və kolbasa kimi ət məsullarının qiymətinin hansı səbəbdən aşağı olduğu ilə maraqlanırlar: "Biz tərəfdarıyıq ki, istehakçılar ucuz və keyfiyyətli məsul alsınlar. Qeyd edim ki, yaşlanmış heyvan əti başqa bir işə yaramır və onların ətinin kiloqram qiyməti 5 manata qədər enir. Eyni zamanda Hindistandan ucuz camış əti gətirilir və təhlükəsiz ət hesab olunur. Azərbaycanda bu sahədə ən müasir zavodlar mövcuddur. Lakin hələ də standartlara uyğun olmayan 10-15 kiçik sexlər də fəaliyyət göstərir. Təəssüflər olsun ki, AQTA bu sferanı tam əhatə edə bilmir.

Azərbaycanda süd və süd məsulları istehsalında böyük uğurlar var. Bu məsulları istehsal edən zavodlar keyfiyyətli məsullar təqdim edirlər. Xaricdən gətirilən bəzi məsullar var ki, onların dadı bizi cəlb edir. Lakin həmin məsulların bir çoxunun tərkibi kimyəvi maddələrlə zəngin olur. Buna görə də məsul seçərkən diqqətli olmalı, bir çox hallarda yerli məsullara üstünlük verilməlidir. Ümumilikdə qida sektorunda yerli məsullar bütün hallarda xaricdən gətirilən məsullardan daha üstündür. İstehlakçılar yerli məsullara daha çox üstünlük verməlidirlər".

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
sia.az

1Mənbələr