AZ

"Ermənistanın təsirə məruz qalması sərhəddə gərginlik yaratması üçün kifayət qədər əsas verir"

"Bu, Ermənistan tərəfinin yaydığı məlumatdır ki, guya Azərbaycan tərəfinin atəş açması nəticəsində erməni hərbçisi yaralanıb. Amma məsələ burasındadır ki, bir neçə gün öncə Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində sərhəddə delimitasiya komissiyası görüşdü və sərhədlərin delimitasiya prosesi getməyə başladı. Yəni yavaş-yavaş artıq bu proses sürətləndirilir. Belə olan halda Azərbaycanın nəyinə lazımdır ki, hər hansı bir toqquşma, təxribat olsun?"

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan birmənalı şəkildə təxribatlardan çəkinən, sülh prosesinin sürətlənməsini istəyən, sülh quruculuğuna töhfə verən tərəf kimi tanınır:

"Aydın məsələdir ki, Ermənistanın bir neçə qüvvə tərəfindən təsirə məruz qalması onun Azərbaycanla sərhəddə gərginlik yaratması üçün kifayət qədər əsas verir. Yəni Ermənistanın bir neçə qüvvənin əlində olması onların Azərbaycana qarşı təxribat törətməsinə, Ermənistan ordusundan istifadə etməsinə imkan yaradır. Mən hesab edirəm ki, indiki vəziyyətdə orada üçüncü qüvvələrin əli var. Eyni zamanda, Ermənistan daxilindəki bəzi ultramillətçi və faşist ideologiyasına xidmət edən qüvvələrin belə istəkləri var. Ona görə də düşünürəm ki, yayılan informasiya dezinformasiya xarakteri daşıyır".

Həmidə İBRAHİMLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
redaktor.az

1Mənbələr