AZ

Tanınmış persona bütün "kartlar"ı açdı: Türkiyəni AVRO-2024-də nə gözləyir? - VİDEO

Bugünlərdə Nyonda (İsveçrə) Avro-2024-ün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticələrinə əsasən aşağıdakı yığmalar üz-üzə gələcək.

Avro 2024-ün pley-off mərhələsi üçün bütün pley-off cütləri:

A Liqası

Polşa - Estoniya

Uels - Finlandiya

B Liqası

İsrail - İslandiya

Bosniya və Hersoqovina - Ukrayna

C Liqası

Gürcüstan - Lüksemburq

Yunanıstan - Qazaxıstan

Pley-offun yarımfinalları 21 mart 2024-cü ildə, finallar isə 26 mart 2024-cü ildə keçiriləcək. Finalın üç qalibi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Daha əvvəl Xorvatiya, Fransa, Belçika, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, İsveçrə, Rumıniya, Serbiya, İtaliya, Çexiya Sloveniya, eləcə də turnirin təşkilatçısı kimi Almaniya Avro 2024-ə vəsiqə qazanıb.

«Sportinfo TV»nin aparıcı-eksperti Elçin Cəfərov püşkü dəyərləndirib.

Tanınmış telejurnalist əsasən Türkiyə yığmasının şansları barədə düşüncələrini bölüşüb.

Çünki bütün Azərbaycanın ürəyi qitə birinciliyində qardaş ölkənin komandasıyla döyünəcək. O. kifayət qədər nikbin proqnozlar səsləndirib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Seçilən
114
Mənbələr
Şərh ()
Bağla