AZ

Milli Olimpiya Komitəsində tərəfdaşlıq müqaviləsi imzalanıb

Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı ilə “Cüdo Klub-2012” İctimai Birliyi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

“Report” xəbər verir ki, MOK-un inzibati binasında təşkil olunan mərasimdə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, “Cüdo Klub-2012” İctimai Birliyinin sədri Azər Əsgərov, klubun direktoru Mübariz Cəfərov və rəsmi qonaqlar iştirak ediblər.

İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı ilk idman filmləri və televiziya proqramları müsabiqəsidir. Festivalda 2022-2024-cü illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş sənədli və bədii filmlər, televiziya kanalları iştirak edə bilərlər.

Festivalın açılış mərasimi dekabrın ortalarında, bağlanış isə 2024-cü ilin martında baş tutacaq. Tədbirdə qaliblər mükafatlandırılacaq, eyni zamanda, bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
2
report.az

2Mənbələr