AZ

Yunan-türk müharibəsi alovlana bilər: Hədəf İstanbuldur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, ABŞ Türkiyə ilə Yunanıstanın arasını vurmağa çalışır.

O bildirib ki, aralarındakı məsafənin bu qədər yaxın olmasına baxmayaraq, iki ölkənin hələ də düşmənçiliyi alovlandıran səslərlə yürüş etməsi düzgün deyil: “ABŞ olmaqla, bəzi dairələr hər iki ölkəni bir-birinə qarşı qoymağa çalışırlar. Dekabrın 7-də Yunanıstana səfər edəcəyəm və qarşı tərəflə oturub bir sıra məsələləri müzakirə edib, həll yolunu tapacağıq. Həll edə biləcəyimiz və əməkdaşlığın əsasını genişləndirəcək məsələlər də var”.

Politoloq Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Türkiyəyə qarşı tarix boyu müxtəlif xalqlar, qüvvələr, dövlətlər istifadə edilib. O cümlədən Yunanıstan da.

Ekspert vurğulayıb ki, yunanların türklərə qarşı məğlubiyyət sindromu var: "Yunanlar bütün müharibələrdə türklərə uduzublar. İstanbulun fəthi yunanlar üçün tarixi faciə kimi qiymətləndirilir. Yunanıstanın yüz illərlə Osmanlının tərkibində olması da yunanların tarixi yaddaşındadır. Bunu bilənlər sonrakı dönəmlərdə yunanlardan türklərə qarşı istifadə ediblər. İndi də eyni siyasəti həyata keçirirlər. Yunanıstan məqsədli şəkildə silahlandırılır. Bu ölkə Avropa dövlətləri arasında tank sayına görə, ən qabaqcıl ölkələrdəndir. Şübhə yox, Yunanıstandakı hərbi bazalar Türkiyəyə qarşı istifadə etmək məqsədi ilə ora yerləşdirilib. ABŞ, Fransa və Almaniya Yunanıstan üzərindən Türkiyəyə təzyiq göstərməyə çalışırlar".

Ə.Məmmədliyə görə, Türkiyə liderinin Yunanıstana səfəri çox önəmlidir: "Yunanların türklərlə razılaşması, ortaq məxrəcə gəlməsi həm türklər, həm də yunanlar üçün yaxşı olar. Yunanıstan arxasındakı güclərin etibarsız olduğunu anlamalıdır. Məhz həmin dövlətlər Birinci dünya savaşında yunanlara Anadolu torpaqlarını vəd etmişdilər. Amma bu vədin arxasında durmadılar. Ona görə də yunanlar tarixdən nəticə çıxartmalıdır. Türklərlə savaşmaq yox, barış lazımdır. Sülh hər iki ölkə, hər iki xalq, həmçinin region üçün faydalıdır".

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
bakivaxti.az

1Mənbələr