AZ

İsrail HƏMAS tunellərini dəniz suyu ilə batırmağa hazırdır - WSJ

İsrail ordusu Qəzza zolağında HƏMAS terror qruplaşmasının tunellərini dəniz suyu ilə batırmaq ideyasını nəzərdən keçirir. Planın həyata keçirilməsi üçün ordu artıq müvafiq avadanlıqları quraşdırıb.

Qaynarinfo bu barədə "The Wall Street Journal”a istinadən xəbər verir.

Xəbərdə qeyd olunur ki, noyabr ayında İsrail ordusu Qəzza zolağındakı qaçqın düşərgəsi Əl-Şati yaxınlığında beş böyük su nasosu quraşdırıb.
Bildirilir ki, bu nasoslar çox güclüdür, saatda minlərlə kubmetr suyu HƏMAS tunellərinə vurmaq və bir neçə həftə ərzində onları batırmaq iqtidarındadır. 

İsrail bu planı icra edib-etməmək barədə qəti qərar verməsə də, artıq ABŞ rəsmilərinə bununla bağlı xəbərdarlıq edib.

WSJ yazır ki, ABŞ-da reaksiya qarışıq olub. Bəzi məmurlar xüsusilə anklavın su qatına və torpağına potensial ziyanla bağlı narahatlıqlarını ifadə ediblər.

"Suyun vurulmasının nə qədər uğurlu olacağına əmin deyilik, çünki tunellərin və onların ətrafındakı torpağın təfərrüatlarını heç kim bilmir. Bunun effektiv olub-olmadığını bilmək mümkün deyil, çünki əvvəllər heç kimin girmədiyi tunellərdə dəniz suyunun necə axacağını bilmirik", deyə WSJ öz mənbəsindən sitat gətirir.

Nizami Bağırov
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla