AZ

Futbolçunun evini yardılar, 3 milyonunu apardılar

Naməlum şəxslər "Vest Hem"in müdafiəçisi Kurt Zoumanın evinə soyğunçuluq məqsədi ilə soxulublar.

Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Bildirili ki, hadisə vaxtı futbolçu və ailəsi evdə olub. Soyğunçular evdən 100 min funt-sterlinq (116 min avro) məbləğində nağd pul, həmçinin 3 milyon funt-sterlinq (3,4 milyon avro) dəyərində zinət və digər əşyalar oğurlayıblar.

Nə futbolçu, nə də ailəsi xəsarət almayıb. Zuma baş verən hadisədən sonra güclü sarsıntı keçirib. Hazırda polis faktla bağlı araşdırma aparır.

Seçilən
80
publika.az

1Mənbələr