AZ

Neft Daşlarında dalğanın hündürlüyü 2,5 metrə çatıb - FAKTİKİ HAVA

Azərbaycanda küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən FED.az-a bildirilib ki, dekabrın 5-də saat 15:00-a olan məlumata əsasən şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23-26 m/s, Gəncədə 24 m/s, Mingəçevirdə 23 m/s, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Goranboy, Naftalanda 19 m/s, Bərdədə 18 m/s, Ağdamda 16m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
24
fed.az

10Mənbələr