AZ

MOK-da idman filmləri ilə bağlı tərəfdaşlıq müqaviləsi imzalandı

Dekabr ayının 5-də MOK-un inzibati binasında Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi ilə əlaqədar “Cüdo Klub-2012” İctimai Birliyi arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

"Offsideplus.az" xəbər verir ki, MOK-da təşkil olunan tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, “Cüdo Klub-2012” ictimai birliyinin sədri Azər Əsgərov, klubun direktoru Mübariz Cəfərov, "Azman Holdinq" şirkətinin icraçı direktoru İlham Əhmədov və rəsmi qonaqlar iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın sağlam gələcəyini təmin etmək üçün ölkəmizdə idmanı və Olimpizmi ümumxalq hərəkatına çevirmək üçün həyata keçirdiyi siyasət uğurla davam etdirilir. MOK-un təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi də bu sahədə böyük əhəmiyyət daşıyır.

Bu festival ölkənin əhəmiyyətli və ən parlaq idman və mədəniyyət tədbirlərdən biri olmaqla yanaşı, ilk idman filmləri və televiziya proqramları müsabiqəsidir.

Festivalda dövlət, özəl televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2022-2024-cü illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş sənədli və bədii filmlər, televiziya kanalları iştirak edə bilər.

İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının açılış mərasimi, dekabr ayının ortalarında, bağlanış mərasimi isə 2024-cü ilin mart ayında baş tutacaq.

Tədbir zamanı qaliblərin elan edilməsi və mükafatlandırılması mərasimi keçiriləcək, bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunacaq.

Mükafatlandırma mərasimi televiziya kanallarında yayımlanacaq.

Festivalda iştirak etmək istəyən müəlliflər və təşkilatlar öz filmlərini, proqramlarını festivalın Təşkilat Komitəsinin ünvanına DVD, flaşkart formasında təqdim edə və ya digər faylların ötürülməsi üçün istifadə olunan resurslar vasitəsilə festivalın rəsmi elektron poçt ünvanına göndərə bilərlər. Festivala video məhsulların qəbulu 30.01.2024-cü ilə kimi davam edəcək.

İdman Filmləri və Proqramları Milli Televiziya Festivalın tərəfdaşı “Cüdo Klub-2012”, informasiya tərəfdaşları AZTV, AZTV İdman, İctimai TV, CBC Sport, “MİR” televiziya kanalları, “Olimpiya dünyası” qəzeti, “Olympic.az”, “Olimpnews.az”, “trend.az”, “milli.az”, “azernews” və “day.az” informasiya portallarıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
3
offsideplus.az

4Mənbələr