AZ

Rubl yenidən UCUZLAŞDI

Dekabrın 5-də Moskva birjasında  avronun məzənnəsi yüksələrək 99,235 rubla çatıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu noyabrın 7-dən bəri ən yüksək səviyyə hesab edilir.

Bildirilir ki, dolların məzənnəsi isə 91,5 rubl təşkil edir.

Ekspertlərin fikrincə, rublun ucuzlaşması bir neçə amillə bağlıdır ki, bunlardan da başlıcası neft bazarında zəif dinamika göstərməsidir.

Qeyd edək ki, turistlər və idxalçılar tərəfindən xarici valyutaya tələbatın artması səbəbindən ilin sonu ənənəvi olaraq Rusiya valyutası üçün əlverişsiz dövr hesab olunur.

Ariz Həsənoğlu,

KONKRET.az

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla