AZ

Mal əti 10-12% bahalaşıb - Rəqəmlər

Azərbaycanda mal ətinin qiymətində bahalaşma qeydə alınıb.

Valyuta.az xəbər verir ki,  bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Belə ki, bu ilin oktyabr ayında sümüklü mal ətinin qiyməti 14.42 manat, sümüksüz mal ətinin qiyməti 16.48 manat təşkil edib.

Qiymətlər əvvəlki illə müqayisədə 1.50 manat (11,6%), və 1.45 manat (9,6%) bahalaşıb.

2022-ci ilin oktyabr ayında sümüklü mal ətinin 1 kiloqramının qiyməti 12.92 manat, sümüksüz mal ətinin qiyməti isə 15.03 manat idi.

Mal ciyərinin 1 kiloqramının qiyməti isə oktyabr ayında 9.15 manata satılıb ki, bu da illik müqayisə ilə 1.22 manat (15,4%) bahalaşma deməkdir.

2022-ci ilin oktyabr ayında 1 kq mal ciyərinin qiyməti 7.93 manata satılırdı.

© FED

Seçilən
78
1
Mənbələr
Şərh ()
Bağla