AZ

Maşınların qabağına çıxıb qəza vəziyyəti yaratdı- VİDEO

Paytaxtın Yusif Səfərov küçəsində qaydaları kobud şəkildə pozan sürücü görüntülənib.

Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 1-də qeydə alınıb.

Belə ki, 77-FR-952 dövlət qeydiyyat nişanlı, “Kia Ceed” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu 3-cü zolaqdan ani manevrlə 1-ci zolağa keçərək məhləyə daxil olur. Bu zaman digər sürücülər üçün təhlükəli vəziyyət yaradır.

Qeyd edək ki, sağa və ya sola dönmək istəyən sürücü ya əvvəlcədən kənar zolağı tutumalı, ya da mərhələli və digər nəqliyyat vasitələrinin hərəkətində maneə yaratmadan zolağı dəyişməlidir.

Qeyd edək ki, həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə görə 40 (qırx) manat məbləğində cərimə olunmalıdır.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
avtosfer.az

1Mənbələr