AZ

Ulu Öndər hətta imkansızı reallığa çevirməyi bacaran böyük dövlət xadimi idi - ŞƏRH

Dünyada tarix yazan dahilərin gücü ondadır ki, onlar həlli imkansız görünən qlobal məsələləri də reallığa çevirməyi bacarıblar. Elə məhz buna görə də böyük miqyasda bütün bəşəriyyətin, kiçik miqyasda isə xalqların, onlara güvəni davamlı olub. Belə dahilər cəmiyyətlərin lokomotivi, onların tərəqqisi üçün aparıcı qüvvə olublar. O xalqlar bədbəxt və çahildilər ki, dahilər sarıdan həmişə kasadlıq çəkiblər. Ancaq çox şükürlər olsun ki, Azərbaycan xalqı həm min illər öncə, həm də çağdaş dövrümüzdə dahiləri ilə özünü ən ciddi bəlalardan, təhlükələrdən qoruyaraq dünyada layiqli yerini və varlığını qoruya bilib.

Bəli, məhz bu gün çağdaş və güclü Azərbaycandan danışanda birmənalı olaraq ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qoruması və inkişafı istiqamətindəki əvəzolunmaz siyasi fəaliyyəti nəzərə çarpır.Təbii ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər İttifaqı dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. O illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Onunla bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildiriblər. Vurğulayıblar ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi ölkəmizin tarixində yeni mərhələ olub. Həmin dövrə kimi, Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Amma respublikamız yerüstü, yeraltı sərvətlərinin zənginliyi ilə dünyada ön cərgələrdə idi. Xüsusilə Azərbaycan SSR-i Sovetlər İttifaqında ucqar milli əyalətlərdən biri kimi xarakterizə edilirdi. Məhz 1969-cu ilin 14 iyul tarixli plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycan tarixində sürətli inkişaf dövrünə qədəm qoymuş oldu. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edildi. Kənd təsərrüfatı sürətlə inkişaf etdi. Xüsusilə elm və təhsil istiqamətində böyük işlər həyata keçirildi.

Bəli Ulu Öndərin taleyinə xilaskarlıq missiyası yazılmışdı. Ona görə ki, məhz Onun ikinci dəfə, həm də xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması ölkəmizin müstəqillik qazandığı lakin onun itirlməsi təhlükəsi yarandığı çətin və mürəkkəb illərə təsadüf etdi. Məlumdur ki, 1990-cı illər Azərbaycan xalqının tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi düşüö. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.

17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi. Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımlar atmağa qadirdilər.

Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük və sədaqətli övladına müraciət etdi. Ulu öndər Xalqımızın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi də.

Bəli, ilk gündən bu daha dövlət adamı öz xalqına arxalandı. Azərbacan xalqı da ona həm mənəvi, həm də siyasi dəstəyini əsirgəmədi. Bir sözlə milli birlikyin təməli qoyuldu. Ulu Öndər ölkə gənclərinə müraciət etdi. Müraciətində Vətənimizin təhlükədə olduğunu izah edərək millətin, dövlətin gənclərə də güvəndiyini bildirdi. Məhz bu müraciətdən ruhlanan on minlərlə Azərbacan gənci öz doğma torpağına işğalçı Ermənistandan qorumaq üçün qanlı savaşların getdiyi cəbşə xəttinə yollandılar. Ona görə ki, artıq xalq anlayırdı ki, ölkəyə bacarıqla rəhbər, əyilməz Sərkərdə rəhbərlik edir.

Hərbi ekspertlərin sözlərinə görə, ulu öndər Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin qarşısını aldı. Məhz dövlət başçısının təşəbbüsü ilə Milli Məclis bir neçə dəfə Amnistiya aktı qəbul etdi və minlərlə gənc həbsxanadan azadlığa qovuşdu. Sonradan onların bir çoxu öz günahlarını qanları ilə yudu, Vətənimizin düşməndən qorunması uğrunda döyüşlərdə iştirak etdi. Bax, budur, xalqa rəhbərlik nümunəsi, humanizm dəyərlərinə sədaqət, bağışlamaq və etibar etmək təcrübəsi.

Ölkəmizin müstəqillik dövründə Ulu Öndərin həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğu öndə gəlirdi. Belə ki, 1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatları ordu quruculuğundakı il işartılar idi. Qanlı savaşların getdiyi səngərlərə, kəndlərə baş çəkən Ali Baş Komandan əsgər və zabitlərlə görüşüb onları müqəddəs bir amal naminə - gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə səsləyirdi. Bu çağrışlardan ruhlanan hərbçilərimizin gücünə güc qatılırdı.

Qeyd edək ki, həmin döyüşlərdə öndə gedən komandirlərin əksəriyyəti isə SSRİ dönəmində Bakıda min-bir əzab və çətinliklə yaratdığı C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri idi. Dahi siyasətçi həmin təhsil ocağının ildönümü mərasimlərindən birində salonda əyləşən zabitlərə, kursantlara xitabən demişdi ki, sizlərə baxanda sonsuz fərəh hissi duyuram ki, mən Azərbaycanda belə bir məktəb yaratdım və bu məktəbin yetirmələri mənə doğma övladlarım qədər əzizdir.

Ulu Öndər Azərbaycan dövləti və xalqı üçün böyük məsuliyyət yükünü öz çiyinlərinə götürəndə yaxşı bilirdi ki, onu hansı təhlükələr gözləyir. Ancaq ondakı Vətən və xalq sevgisi o qədər böyük idi ki, həyatını qurban verməyə hazır idi. Çıxışlarında həm də kövrələrək deyirdi ki, mən həyatımın qalan hissəsini də Vətənimə və xalqıma qurban veməyə hazıram. Təki müstəqilliyimiz daim, əbədi olsun. Ulu Öndər üçün Azərbaycanın müstəqilliyi və qüdrətli ölkəyə çevrilməsi həyatının əsas qayəsi idi. Ona görə də daim öz iş otağında sutkanın hətta 15-20 saatını işləməkdə davam edirdi.

Ulu Öndərin siyasi fəaliyyəti o qədər möhtəşəm və mükəmməl idi ki, hətta xarici siyasi şərhçilər, məşhur dövlət xadimləri Onu dünyanın və tarixin ən böyük Sərkərdələri ilə eyni sırada görürdülər. Bəli, xalqımızın Azərbaycan xalqının bəxti onda gətirmişdi ki, XX əsrin ikinci yarısında millətin lideri Heydər Əlirza oğlu Əliyev oldu.» Ulu Öndərin liderlik formulunun əvəzedilməzliyini əks etdirən kəlamlar, aforizmlər tanınmış ictimai-siyasi xadimlərin onun xidmətlərinə, siyasətinə verdikləri dəyərdir. Amerika tarixində Corc Vaşinqtona, Hindistanda Mahatma Qandiyə, Türkiyədə Mustafa Kamal Atatürkə, Fransada Şarl-de Qola xalqlarının yaddaşında əbədi yaşam qisməti nəsib edən Tanrı Azərbaycan xalqına xilaskarlıq missiyasını yerinə yetirən ulu öndər Heydər Əliyev şəxsiyyətini bəxş etmişdir. Ulu Öndərin onlardan ən böyük fərqi onda idi ki, O, xalqının xilsakarlıq missiyasını ayrı-ayrı dövrlədə və cəmiyyətlərdə həm də iki dəfə uğurla həyata keçirmişdi. Onun Azərbaycan üçün gördüyü işlər, xalqına göstərdiyi xidmətlər o qədər böyük və misilsizdir ki, min illər keçsə də bu dahi insan qəlblərdə yaşayacaqdır. Bəli, Azərbaycan olduqca böyük təbii ehtiyatlara malik bir ölkədir. Ancaq xalqımızın ən böyük sərvəti isə vətənsevərliyi və müdrikliyi, qətiyyəti və sarsılmazlığı ilə Azərbaycanı hər növ təhlükələrdən qoruyaraq onu qüdrətli dövlət edən böyük şəxsiyyət Heydər Əliyev idi.

Azərbacanın hazırki, qüdrətli mövqeyi bir daha təsdiq edir ki, bu müdrik şəxsiyyətin ali dövlət idarəçiliyi ilə formalaşan Azərbaycan Onun simasında dünyaya əsl Lideriliyn xarakterik fəlsəfəsini təqdim etdi. Məhz Onun yeniliyə hesablanmış müdrik siyasi fəaliyyəti ölkəmizdəki problemlərin həllinə kömək edirdi. Ona görə də deyilirdi ki, Heydər Əliyevin hazırladığı inkişaf konsepsiyası milli maraqların istehkamıdır. Hakimiyyətə qayıtdığı ilk gündən Azərbaycanın gələcək yolunu demokratik islahatların tətbiqi ilə müəyyənləşdirən Ulu Öndər bu niyyətini də gerçəkləşdirdi. Ölkədə söz, mətbuat, vicdan azadlığı, plüralizm üçün sərbəst mühit yaradıldı. Respublikamız sözdə deyil, əməldə xalqların birgə yaşadığı tolerant ölkə olduğunu bütün millətlərə bəyan etdi. Heç təsadüfi deyil ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu nəinki ləyaqətlə, hətta daha böyük təntənə ilə davam etdirir. Bu gün işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Azərbaycan barağlarının dalğalanması, xüsusilə 30 ildən artıqdır ki, teroorçu və separatçıların qanlı yuvasına çevrilmiş Xankədidi də Ali Baş Komandan İlham Əliynvin rəhbərliyi ilə keçirilən möhtəşəm hərbi parad Ulu öndərin arzusunun, vəsiyyətinin gerçəkləşməsi idi.

Bəli, Azərbaycan xalqı bundan sonra da Ulu Öndərin dəyərli ideyaları ilə yeni inkişaf mərhələlərinə qədəm qoyacaq. Çünki bu ideyalar işıqlıdır, gələcəyə yönəlmiş inkişafların təməl prinsipidir. Ona görə də tam əminliklə deyə bilərik ki, xalqımız Prezident İlham Əliyevin sərkərdəlik fəaliyyəti ilə bundan sonra da daha qüdrətli Azərbaycanı yaratmağa qadirdir.

Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
sia.az

1Mənbələr