Rusiya başçısı Vladimir Putin Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan bəri ilk uzaq xarici səfərə hazırlaşır.
“AzPolitika.info” xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin dekabrın 6-da BƏƏ və Səudiyyə Ərəbistanına səfərə gedəcəyini bildirib. Peskov qeyd edib ki, səfər cəmi bir gün içərisində baş verəcək. Onun məqsədi isə sözügedən ölkələrlə neft bazarındakı vəziyyətin müzakirə edilməsidir: "Bilirsiniz ki, bu müzakirələr OPEC+ formatı çərçivəsində aparılır, lakin təbii ki, bu sahədə qarşılıqlı fəaliyyət həmişə gündəmdədir".
Onu da qeyd edək ki, Putin 2019-cu ildən bəri ilk dəfə BƏƏ və Səudiyyə Ərəbistanına gedir.
“AzPolitika.info”