AZ

Rusiya hərbi xidmətə çağırış prosedurunun dəyişdirilməsi haqqında qanunu təsdiqləyib

Rusiya Federasiya Şurası plenar iclasda hərbi xidmətə çağırış haqqında qərarın bir il ərzində həyata keçirilməsi imkanını nəzərdə tutan qanunu təsdiqləyib.

Herbiand.az bildirir ki, bu sənəd Dövlət Dumasının bir qrup deputatı tərəfindən hazırlanıb və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edir.

Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Viktor Bondarevin sözlərinə görə, cari çağırış kampaniyası zamanı çağırış şurasının qərarı icra olunmayıbsa, o, il boyu qüvvədə qalır. O qeyd edib ki, çağırışçı yenidən komissiyadan keçmədən növbəti çağırışda xidmətə göndəriləcək.

Bondarev hesab edir ki, yeni qanun hərbi xidmətə çağırış sistemini əsaslı şəkildə dəyişdirmir. Onu yalnız təşkilati baxımdan, xüsusən də xidmət müddətinin möhlət və təxirə salınması baxımından sadələşdirir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
43
45
herbiand.az

10Mənbələr