2025-ci ilin yanvar-mart dövründə (1-ci rübdə) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 12 milyard 48 milyon 866 min ABŞ dolları təşkil edib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
O cümlədən, ixrac əməliyyatlarının həcmi 6 milyard 385 miylon 895 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi 5 milyard 662 milyon 971 min ABŞ dolları, təşkil edib. Saldo müsbət 722 milyon 925 min ABŞ dolları təşkil edib.
Martda Azərbaycanın ixracı 1 milyard 619 milyon 425 min dollar, idxalı 1 milyard 525 milyon 239 min dollar, saldo müsbət 94 milyon 185 min dollar olub.
Yanvarda saldo müsbət 986 milyon 252 min dollar, fevralda isə mənfi 357 milyon 514 min dollar (kəsir) təşkil etmişdi.