Qlobal banklardan biri olan Citi-nin Tədqiqat komandası Citi Research "təhlükəsiz sığınacaq" tələbi fonunda qarşıdakı 3 aylıq dövr üçün qızılın qiyməti üzrə proqnozunu artırıb.
Marja xəbər verir ki, Citi Research növbəti üç ay üçün 1 unsiya qızılın qiymətinin 3200 dollardan 3500 dollara qaldırıb.
Citi, Çinin yeni qızıl alışları, tariflər ilə (gömrük rüsumları) bağlı risklər və bazar zəifliyi ilə artan "təhlükəsiz sığınacaq" tələbi səbəblərindən proqnozunu yenidən nəzərdən keçirdiyini bildirib.
"Biz inanırıq ki, qızıl hazırda fiziki tədarük kəsiri içərisindədir, bu o deməkdir ki, qiymətlər artmalıdır", - Citi analitikləri qeyd ediblər.