AZ

Azərbaycanda güclü zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

 

Senzor.az bildirir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

 

Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

 

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

 

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.


**08:44


Azərbaycan ərazisində zəlzələ baş verib.

 

Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla 08:15-də qeydə alınan zəlzələ hiss olunub.

 

Mövcud məlumatlara görə, 5 bal gücündə olan zəlzələnin ocağı Xəzər dənizində yerləşib.

Seçilən
75
50
senzor.az

10Mənbələr