AZ

17 nəfəri yeyən hannibal...

17

Ceffri Dahmer adını qanlı hərflərlə tarixə həkk etmiş ən məşhur qatillərdən biridir. O, həbs edilənə qədər 17 nəfəri vəhşicəsinə öldürüb və ABŞ-da bu gün də unudulmaz qorxu toxumu səpib. Son zamanlar Dahmer yenidən dünya mətbuatının gündəminə gətirilib.

Reyting.az
xatırladır ki, C. Dahmer 1960-cı ildə ABŞ-ın Viskonsin ştatının Milvauke şəhərində anadan olub. Sonrakı illərdə o, tarixin ən qəddar qatillərindən birinə çevrilib. Buna görə, Dahmeri bu gün də “adamyeyən” adlandırırlar.

Serial qatillərin problemli uşaqlıq illəri yaşadıqları və travma aldıqları, beləliklə, canavarlara çevrildiyinə dair ümumi bir inanc var. Dahmer bu inancın mükəmməl nümunəsidir.

Anasının Dahmerə çətin və problemli hamiləlik dövrü keçirdiyi bildirilir. Şizofreniya xəstəsi olan ana hamiləlik dövründə çoxlu psixiatrik dərmanlar qəbul edib.

Çətin və problemli bir ailədə yaşayan Dahmerin anası daim intihara cəhd edirmiş. Dahmerin sözlərinə görə, valideynləri həmişə qardaşına qayğı göstərib, ona lazımi diqqət yetirməyiblər və o, uşaqlıqda günü-gündən özünə qapanıb. Kiçik yaşlarından “ölü heyvanlar”la maraqlanıb, 4 yaşından heyvan sümükləri toplamaq vərdişi qazanıb. Onun gənc yaşda psixologiyası az qala gələcəkdə baş verəcəklərin xəbərçisi olub. Orta məktəb yaşına çatdıqda alkoqol və narkotikdən istifadə kimi vərdişlərə öyrəşib. O, ilk qətlini 18 yaşında, orta məktəbi bitirdikdən üç həftə sonra törədib. O, 18 yaşlı Stiven Hiks adlı avtostopçunun başına qantellə vuraraq öldürüb. Daha sonra o, qurbanının cəsədini parçalara ayırıb.

Dahmer Ohayo Dövlət Universitetinə daxil olub, lakin bir semestr dərslərinin əksəriyyətində iştirak etmədiyi üçün oradan qovulub. Bundan sonra orduya getməyə qərar verib. Orduda olarkən təcavüz etdiyi adamlardan biri - Preston Davis Dahmerin sərxoş halda ilk qurbanı ilə “öyündüyünü” deyib. O, alkoqolizm probleminə görə ordudan xaric edilib.

Dahmer qurbanlarını öldürmək üçün spirtli içki qəbul edirmiş. Onun sözlərinə görə, spirt məqsədə çatmaq üçün bir vasitədir.

Dahmer insanlıqdan o qədər qopmuşdu ki, qurbanlarını öldürdükdən sonra onların hissələrini saxlayaraq bir müddət sonra yeyirmiş. Xəstə əhval-ruhiyyədə olan Dahmer 1978-1991-ci illər arasında əsasən Asiya və Afrika əsilli 17 kişi və oğlan uşağını öldürüb. 1992-ci ildə qəddar qatil zorlama, işgəncə, nekrofiliya və adamyeyənlik kimi cinayətlərə görə on altı dəfə ağırlaşdırılmış ömürlük həbsə məhkum edilib.

O, həbsxanada olarkən digər məhbusların hədəfinə çevrilib. Bu səbəbdən də iki dəfə digər məhbusların hücumuna məruz qalıb, lakin sağ qala bilib. O, 1994-cü il noyabrın 28-də Kristofer Skarver adlı məhbus tərəfindən döyülərək öldürülüb.

Amerika mətbuatının yazdığına görə, Dahmerin 87 yaşlı atası bu yaxınlarda vəfat edib və son aylarda o, məşhur qatil oğlu ilə bağlı halüsinasiyalar görüb. Adamyeyənin atası Lionel, Ohayo ştatındakı evinin yaxınlığındakı qocalar evində ölüb.

Ailəyə yaxın bir mənbə deyib:

“Bu səhər tezdən Lionelin hospisdə öldüyü elan edildi. Həyatının son aylarında o, ağır dərmanlar qəbul edirdi və qatil oğlu Cefflə bağlı halüsinasiyalar görürdü. O, insanların Ceffi görüb-görmədiyini soruşdu”.

Atası Lionel oğlunun qatil və cinsi cinayətkar olduğu üzə çıxdıqdan sonra da onun yanında olub. 1994-cü ildə “Atanın hekayəsi” kitabını yazıb. Həmin il o, amerikalı televiziya ulduzu Oprah Vinfreyə soyuqqanlı oğlu haqqında danışıb: “Həbs olunandan bəri çox yaxın olduq. Oğlumu hələ də sevirəm. Ona hər zaman sadiq qalacağam, həmişə belə olmuşam".

Lionel həmçinin 2004-cü ildə televiziya əfsanəsi Larri Kinqlə məşhur müsahibəsi ilə dünyanın gündəminə gəlib.

V. QULİYEV
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla