AZ

Poqba futboldan kənarlaşdırılır

İtaliya Antidopinq Prokurorluğu Turin “Yuventus”unun yarımmüdafiəçisi Pol Poqbanın 4 illik diskvalifikasiyasını istəyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, avqustun sonunda Poqba testosterona görə müsbət dopinq testindən keçib. Təkrar test ilkin nəticəni təsdiqləyib. Hazırda 30 yaşlı fransalı müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb. Daha əvvəl “Yuventus”un dopinq testinin müsbət çıxdığına görə Poqbanın maaşını ayda 2 min avroya endirəcəyi bildirilib.

Bu mövsüm fransalı yarımmüdafiəçi İtaliya çempionatında cəmi iki oyun keçirib və effektli olmayıb. Poqbanın “Yuventus”la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. 2023/2024 mövsümünün A Seriyasında 14 turdan sonra Turin komandası 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla