Türkiyənin ilk aranjimançılarından biri kimi tanınan Norayr Demirci vəfat edib.
Editor.az axşam.az-a istinadən xəbər verir ki, o, uzun müddət yaşadığı Amerikada böyrək çatışmazlığından 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Norayr həm bəstəkar, həm də yazar kimi fəaliyyət göstərib. Ümumilikdə 466 əsərdə onun da imzası olub. O, 1961-ci ildə dövrün önəmli musiqiçiləri ilə birlikdə öz orkestrini qurub və illərlə xaricdə, xüsusilə Almaniyada çıxış edib.