AZ

Afina və Ankara dostluq və əməkdaşlıq niyyəti haqqında bəyannamə imzalayıblar

Türkiyə və Yunanıstan hökumət səviyyəsində yenidən əməkdaşlıq etmək və bütün mübahisələri sülh yolu ilə həll etmək istəklərini bildirirlər.

Bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Afinada Ali Əməkdaşlıq Şurasının beşinci iclası zamanı imzalanmış iki ölkənin “Dostluq və mehriban qonşuluq haqqında” birgə bəyannaməsində deyilir.

Bəyannamədə “iki hökumət arasında əməkdaşlığa yenilənmiş sadiqlik” vurğulanır və qeyd olunur ki, iki qonşu ölkə arasında əlaqələr regionun çiçəklənməsini və dinamizmini əhəmiyyətli dərəcədə artıra bilər.

“Mehriban qonşuluq münasibətlərini gücləndirmək üçün hər iki tərəf, müvafiq hüquqi mövqelərinə xələl gətirmədən, mövcud və gələcək çağırışlar qarşısında həmrəylik ruhunu inkişaf etdirəcək”, - sənəddə deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
aznews.az

1Mənbələr