Dekabrın 7-də Səudiyyə Ərəbistanında ölümlə nəticələnən təyyarə qəzası baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamaya görə, Amerika istehsalı olan F-15 qırıcısı ölkənin şərq hissəsində qəzaya uğrayıb.
Milli Hərbi Hava Qüvvələrinin döyüş təyyarəsinin təlim uçuşu zamanı qəzaya uğradığı dəqiqləşdirilir.
Departamentdən bildirilib ki, təyyarənin iki nəfərdən ibarət heyəti ölüb.
Fəlakətin baş vermə şəraitini artıq işə başlayan xüsusi komissiyanın üzvləri müəyyən etməli olacaqlar.