Braziliyanın "Fluminense" klubu gənc futbolçusu Davi ilə peşəkar müqavilə imzalayıb.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Maraqlıdır ki, "Qalatasaray"ın sabiq futbolçusu və Davinin atası olan Felipe Melo da "Fluminense"də çıxış edir.40 yaşlı futbolçunun klubla 2024-cü ilin yayına qədər müqaviləsi var. Beləliklə, ata və oğul futbolçu kimi eyni komandada çıxış edəcək.
Qeyd edək ki, Felipe Melo 2011 - 2015-ci illərdə "Qalatasaray"da çıxış edib. Braziliya millisinin sabiq üzvü İstanbul təmsilçisi ilə üç dəfə ölkə çempionu olub. O, 2022-ci ildən “Fluminense”də çıxış edir.