AZ

Azərbaycanda istirahət imkanları asanlaşdırılır: bu xidmətlər UCUZLAŞACAQ

Bakı. Trend:

Gələn ildən etibarən turizm şirkətlərinin əmlak vergisində 75faiz güzəşt tətbiq olunacaq. Praktiki olaraq bu o anlama gəlir ki,turizm şirkətləri hesabladıqları əmlak vergisinin yalnız 25 faiziniödəyəcəklər.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, 75 faizlik güzəştin tətbiq edilməsi turizmşirkətlərinin xərcinə təsir edəcək, turizm obyektlərində xərclərinazalmasına səbəb olacaq.

“Xərclərin azalması turizm obyektləri və şirktləri üçün dahaaşağı xərclə və aşağı qiymətə xidmətlərin təklif edilməsi anlamınagəlir. Gözlənti ondan ibarətdir ki, gələn ildən etibarən daxiliturizmdə qiymətlərin aşağı düşməsi mümkündür. Çünki xərclər azalırvə bu, turizm şirkətlərinə imkan verəcək ki, daha aşağı qiymətəxidmətlər göstərsinlər”, - deyə o, əlavə edib.

Qeyd edə ki, Milli Məclisin dekabrın 5-də keçirilən iclasındamüzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə bir sıra gedişlər özəksini tapıb. Layihəyə əsasən, Bakı, Sumqayıt, Xırdalan şəhərlərivə Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər vərayonlarında mehmanxana (hotel) və sanatoriya fəaliyyətlərindəistifadə edilən (Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiqolaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı hallaristisna olmaqla) daşınmaz əmlaklara görə əmlak vergisi 2024-cü ilyanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılacaq. Müzakirələrdənsonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiqedilib.

Məqalədə:
Seçilən
261
7
az.trend.az

8Mənbələr