AZ

"Avropanın təkəbbürlü həll yolları həll yolu deyil" - Harald Vilimski

Avropa Komissiyasının sədri Ursula fon der Leyen üzv dövlətlərdən Kiyevə daha böyük məbləğdə pul göndərmələrini tələb edərək, Avropa İttifaqını Ukrayna münaqişəsinə getdikcə daha da dərinləşdirir.

Aznews.az xəbər verir ki, bu barədə Avropa Parlamentində Avstriya Azadlıq Partiyasının nümayəndə heyətinə rəhbərlik edən deputat Harald Vilimski qeyd edib.

"Avropanın təkəbbürlü həll yolları həll yolu deyil, problemin bir hissəsidir. Brüssel miqrasiya məsələsində tamamilə uğursuzluğa düçar oldu. Avropaya kütləvi immiqrasiya dayanmayıb və sığınacaq hüquqları pozulur. Buna Avropa Komissiyasının sədri Ursula fon der Leyen sürükləyir. İttifaq Ukraynadakı müharibəyə getdikcə daha da dərinləşir, bunun üçün getdikcə daha çox pul tələb edir", - Harald Vilimski vurğulayıb.

Seçilən
193
aznews.az

1Mənbələr