Qəzzada vəziyyətin gərginləşməsinə baxmayaraq, dünya diqqətini Rusiyanın Ukraynaya qarşı müharibəsinə yönəltməlidir, əks halda Vladimir Putin daha çox şey istəyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Devid Kemeron deyib.
Krallığın baş diplomatı bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi indiki nəsillərin mübarizəsidir və bütün Avropa qitəsinin təhlükəsizliyini təhdid edir:
“Putini burada dayandırmasaq, daha çox şey istəyəcək və ABŞ-ın düşmənləri sevinəcək”.
Kemeron Konqres Ukraynaya dəstəyin də daxil olduğu çoxmilyardlıq təhlükəsizlik yardımı paketini dəstəkləməyəcəyi təqdirdə ABŞ-ın etibarsız müttəfiq kimi görünəcəyi fikri ilə razılaşmır. Onun sözlərinə görə, bu pul Kiyev üçün son dərəcə zəruridir, amma siyasət bu məsələnin həllini çətinləşdirir.