AZ

Türkiyə və Yunanıstan 'Eximbanks' anlaşma memorandumu imzalayıb

Türk Eximbank, Export Credit Greece ilə ümumi əməkdaşlıq üçün anlaşma memorandumu imzaladığını açıqladı.

Fins.az xəbər verir ki, Türk Eximbank-dan verilən açıqlamada, "R.T. Ərdoğan və Yunanıstanın Baş naziri Miçotakisin həmsədrliyi ilə Afinada keçirilən Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci Toplantısında Türk Eximbank ilə Yunanıstan arasında anlaşma memorandumu imzalanıb. Export Credit Yunanıstan, Yunanıstanın ixracat dəstək təşkilatıdır" ifadələri istifadə edildi.

Bəyanatda, "Sözügedən anlaşma memorandumu ilə, iki ölkənin şirkətlərinin üçüncü ölkələrdə həyata keçirəcəkləri əməliyyatlara birgə maliyyələşdirmə, sığorta, zəmanət və təkrar sığorta yolu ilə dəstək vermə imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur. Anlaşma memorandumu iki təşkilat arasında əlaqələrin və əməkdaşlığın inkişafı üçün ümumi çərçivə yaradır".

Günel Məlikzadə
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
fins.az

1Mənbələr