AZ

Lavrov: HAMAS İsrailə qarşı terror aktı həyata keçirib

HAMAS İsrailə qarşı terror aktı həyata keçirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, Rusiyanın HAMAS-ın İsrailə qarşı həyata keçirdiyi terror aktını pislədiyini söyləyib. Qeyd edib ki, Moskva yalnız HAMAS-ın siyasi ofisi ilə əlaqə saxlayır.

"HAMAS oktyabrın 7-də terror aktı həyata keçirdi, biz bunu dərhal qınadıq. HAMAS-ın Dohada fəaliyyət göstərən siyasi şöbəsi var və bizim o siyasi şöbə ilə əlaqəmiz var. Biz dərhal girov götürülən insanların taleyini müzakirə etmək üçün Dohada adamlarla əlaqə saxladıq”, - deyə Rusiya XİN başçısı Dohada keçirilən forumda onlayn çıxışında bildirib.

Seçilən
127
8
Mənbələr
Şərh ()
Bağla