AZ

Mixail Malkinin dünya çempionatındakı uğuru məni ruhlandırdı - gənc azərbaycanlı gimnast

Bakı. Trend:

Mixail Malkinin dünya çempionatındakı uğuru məni ruhlandırdı vəhəvəsləndirdi.

Bu barədə Trend-ətamblinq üzrə Azərbaycan milli komandasının üzvü, gənc gimnastAleksey Karataşov deyib.

"Fərdi yarışda Mixail Malkin dünya çempionatında qızıl,Azərbaycan tamblinq üzrə komanda yarışında da birinci yeri tutub.Bu, məni ruhlandıran və gələcəkdə mən də eyni uğura nail olacağımaümid verən gözəl nəticədir", - deyə gənc gimnast bildirib.

Aleksey Karataşov qeyd edib ki, tamblinq üzrə 19-cu Azərbaycançempionatı və Bakı çempionatındakı çıxışı onu tam qane etmir:

"Belimdən zədə aldığım üçün üç həftə məşq etmədim, ona görə dəyarışa tam hazırlaşa bilmədim. Amma builki çıxışlarıma qiymətversək, hər şey yaxşı alındı. Polşada keçirilən beynəlxalq turnirdəbirinci yeri tutdum, sonra Portuqaliyada keçirilən beynəlxalqyarışlarda komanda yarışında ikinci, Birminqemdə (Böyük Britaniya)Dünya Yaş Qrupları yarışında isə bürünc medal qazandım. İl yaxşıkeçdi, əldə olunan nəticələrlə fəxr edirəm", - deyə A.Kartaşov qeydedib.

İdmançının sözlərinə görə, gələn yaz Avropa çempionatındaiştirak edəcək.

Qeyd edək ki, dekabrın 10-da Milli Gimnastika Arenasınınyardımçı zalında batut gimnastikası üzrə 7-ci Azərbaycançempionatının və Bakı birinciliyinin, tamblinq üzrə 19-cuAzərbaycan çempionatının və Bakı çempionatının yarışları keçirilir.Yarışda ümumilikdə 99 idmançı iştirak edir. Onlardan 70 gimnastbatut gimnastikasında, 29 gimnast isə tamblinq yarışlarında iştirakedir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
1
az.trend.az

2Mənbələr