AZ

Gültepe: "2023-cü ili 355 milyard dollardan çox mal və xidmət ixracı ilə başa vuracağıq”

Dənizli İxracatçılar Birliyi (DENİB) tərəfindən Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində təşkil edilən DESIGN 3-cü Ev və Hamam Tekstil Yarışmasının mükafatlandırma mərasiminə qatılan Gültepe 2023-cü ili 355 milyard dollardan çox mal və xidmət ixracı ilə bağlamağı hədəflədiklərini söylədi.

Fins.az xəbər verir ki, Gültəpə deyib:

"Keçən ay 23 milyard dollarla ən yüksək noyabr göstəricimizə nail olduq. İli 255 milyard dollardan çox mal ixracı ilə bağlayacağıq. Bu il 100 milyard dollarlıq xidmət ixracını nəzərdə tuturuq. Yəni, ili 355 milyard dollardan çox mal və xidmət ixracı ilə başa vuracağıq. Bu rekord olacaq. Məqsədimiz iki rəqəmli böyüməyə nail olmaq üçün məhsul və bazar müxtəlifliyimizi artırmaqla yanaşı, kiloqram vahid dəyərimizi də 3 dollardan yuxarı qaldırmaqdır. Vahid dəyərini artırmağın yolu texnologiya, dizayn, innovasiya və brendinq imkanlarından istifadə etməkdən keçir".

Günel Məlikzadə
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
fins.az

1Mənbələr