AZ

Fidan Hacıyevanın yeni retro imici. MEZZO-da yalnız qızlar – VİDEO - FOTO

Azərbaycanın Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva MEZZO kollektivi ilə birlikdə klassik incəsənətin təbliğinə yönəlmiş iki musiqi videosunu təqdim edib.

Azərbaycan tarixində ilk MEZZO Qadın Kamera Orkestri 2019-cu ildə Fidan Hacıyeva (mezzo-soprano) tərəfindən yaradılıb. Kollektivdə qadınlar üçün ənənəvi musiqi alətlərində ifa etməklə yanaşı, kontrabas, violonçel, trombon və s. Orkestr müxtəlif konsert məkanlarında dəfələrlə uğurla çıxış etmişdir.

Qeyd edək ki, Fidan Hacıyeva uzun illərdir ki, klassik sənəti təkcə ölkədə deyil, İtaliya, Yaponiya, Almaniya, Böyük Britaniya, İsveçrə, Türkiyə, İspaniya, Ukrayna, Rusiya, Belarus, Albaniya və digər ölkələrdə də böyük uğurla təmsil edir.

Maraqlıdır ki, Fidan Hacıyeva yeni layihədə vizajist stilist Səbinə İmanovanın yaratdığı retro imicdədir. Rejissor Nail Naiboğludur.

Danimarkalı bəstəkar Yakob Qadenin "Qısqanclıq" tanqosu  (Jealousy)  1925-ci ildə "Zorro işarəsi" filminin davamı olan "Don Ku, Zorronun oğlu" Amerika filmi üçün saundtrek kimi yazılmışdır. Mahnı çox populyar oldu. "İkinci partlayış" 70-ci illərdə baş verdi. İctimai ifaların sayına görə bütün musiqi əsərləri arasında The Beatles qrupunun Yesterday mahnısı dünyada birinci, Jealousy isə ikinci yerdə idi.

İkinci videoda məşhur kompozisiyaların potpurri təqdim olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
298
50
milli.az

10Mənbələr