AZ

Roma Papası Bakı və İrəvanı sülh sazişi bağlamağa çağırdı


Roma Papası Fransisk azərbaycanlı və erməni hərbi əsirlərin azad edilməsini alqışlayıb, Azərbaycan və Ermənistan liderlərini sülh sazişi bağlamağa çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bunu o, Vatikanın Müqəddəs Pyotr meydanında bazar günü xütbəsinin sonunda deyib.
“Mən xeyli sayda erməni və azərbaycanlı əsirlərin azad edilməsindən məmnun qaldım. Mən Ermənistanla Azərbaycan arasında münasibətlərə, Cənubi Qafqazda sülhə nail olmaq üçün bu müsbət əlamətə böyük ümidlə baxıram və tərəfləri və liderləri mümkün qədər tez sülh müqaviləsi bağlamağa dəvət edirəm”, - pontifik bildirib.
Qeyd edək ki, Papa Fransisk noyabrın sonunda ağciyər infeksiyası keçirdikdən sonra ilk dəfə Apostol Sarayının eyvanından inanclılara şəxsən müraciət edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
1
yeniavaz.com

2Mənbələr