AZ

Evsiz qalan qadın nəvələri üçün kömək istədi - VİDEO

Sabunçu rayonunun Zabrat qəsəbəsində 56 yaşlı qadın qızı və üç azyaşlı nəvəsi ilə birlikdə daxmada yaşayır.

Evsiz qalan Məhbubə Musayeva heç bir yerdən gəliri olmadığını, köməksiz qaldığını bildirib:

“Körpələrlə burada nənə-bala qucaqlaşıb yatırıq. 2004-cü ildən bu daxmada yaşayırıq”.

O, problemlə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, amma heç bir köməyin olmadığını deyib:

“Qonşunun evinin divarı balamın üstünə uçacaq. Uşaqlarıma kömək etsinlər. Ev istəmirəm, buranı təmir etdirsinlər”.

Ətraflı Baku TV-nin süjetində:

Seçilən
191
46
Mənbələr
Şərh ()
Bağla