AZ

Rusiya koronavirusa qarşı peyvəndi yeniləyir

Rusiya koronavirusa qarşı “Sputnik Light” peyvəndinin tərkibini yeniləməyə razılaşıb. Bu barədə Qamaley adına Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Qinzburq bildirib.

SİA bu barədə RİA Novosti-yə istinad edir.

Beləliklə agentliyin yazdığına görə, Səhiyyə Nazirliyi hər şeyi razılaşdırıb, göstərişlərə dəyişiklik edilib.

...Bazar ertəsi səhər vaksinin xarici qablaşdırması, yəni flakonların hazırlandığı qutu Roszdravnadzor-a çatdırılacaq-deyən Qinzburq bunun 1,5-2 saat çəkməli olacağını qeyd edib.

Daha sonra peyvəndin bütün 135 min hazır dozası elektron uçot sisteminə daxil ediləcək və bölgələrə daşınmasına başlanılacaq.

Qinzburq əlavə edib ki, prosesbazar ertəsi günorta və ya çərşənbə axşamıbaşlayacaq.

Mərkəz direktoru daha əvvəl bildirmişdi ki, peyvəndin hazırkı versiyası əhali arasında üstünlük təşkil edən koronavirus variantlarından artıq qorunmur, çünki orijinal “Sputnik” koronavirusun vuhan variantı əsasında yaradılıb, lakin o, 2022-ci ilin iyul ayına qədər aktual olub.

Nazlı

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla