Müğənni Arzu Mirzəyeva ilə aparıcı Zaur Nəbioğlunun efirdə mübahisə yaranıb.
OLAY yazır ki, “Rəngarəng”də qonaq olan Arzuya Zaur bu sualı ünvanlayıb:
“İllərdir səhnədəsən, iki-üç ildir ifa eədn müğənnilər, gündəmdədilər, toydadılar, sən niyə yoxsan?Gündəmi niyə ucuz tutursunuz, yalnız ailə mövzularına və qalmaqallara bağlayırsınız?”. Arzu isə aparıcıya sərt cavab verib:
“Qalmaqallardan, ailə söhbətlərindən uzağam, bəlkə də ona görə insanlara maraqsız gəlirəm. İstəmirəm, belə söhbətlərlə gündəmə gəlim. Sənət göstərmək istəyirəm. Nəyə lazımdır, ailə söhbətlərini efirdə danışmaq? Nə vaxt efirə baxırıq, qalmaqallar, ailə mövzuları... Deyirsiniz ki, müğənniləri seçirik, onları niyə çağırırsınız? Efirə gələn qonaqlara nə vaxt sənətdən sual vermisiniz? Nə vaxt baxıram, ailədən danışırlar, ya da maşını, evi neçəyə almısınız? Veirlişə baxıraç, burada səslənən sualalrı deyirəm. Mahnı seçimi indi çox çətindir. Elə mahnılar yazıldı, mənmçi oxumadım? Mənim musiqi qulağım avr, zöüm eşidirəm, dinləyəndə qərar verirəm ki, mənim üçündür, ya yox. Mahnıda özümü görməliyəm. Olduğum yerdən razıyam, bacardığım qədər irəli gedirəm”.